Nəsimi rayonu ərazisində mənzillərin birindən qızıl-zinət əşyaları, sənəd və bank kartının oğurlanması və həmin bank kartından 3000 manat pulun çıxarılması barədə polisə məlumat daxil olub.
FED.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətindən bildirilib.
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Xuduyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Paytaxtın Nərimanov rayonu ərazisində də oğurluq faktı qeydə alınıb.
Belə ki, bir nəfərin içərisində 500 manat pulu və bank kartı olan cüzdanının oğurlanması və həmin bank kartından hesabındakı 211 manatının çıxarılması barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Samir Quliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.