Sumqayıtda vətəndaşın bank kartından pul oğurlanıb.
FED.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətindən bildirilib.
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə Sumqayıt şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 2920 manat pulunu oğurlamaqda şübhəli bilinən şəhər sakini Elvin Musayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.