Bakıda vətəndaşın bank hesabından pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin FED.az-a verilən məlumata görə Bakı şəhər sakini S.Səlimovun bank hesabından 1100 manatının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Orxan Süleymanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.