Bakıda vətəndaşın bank hesabından pul oğurlanıb
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən FED.az-a verilən məlumata görə Paytaxt sakini S.Dadaşovun bank hesabından 560 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Taryel Rəhimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.