Bakıda vətəndaşın bank hesabından böyük məbləğdə pul oğurlanıb.
FED.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətindən bildirilib.
Fevralın 14-dən 21-dək olan müddətdə Bakı şəhər sakini olan bir nəfərin bank hesabından 20.000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Telman Axundov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.