Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə şəhər sakini olan bir nəfərin bank hesabından 1000 ABŞ dollarının oğurlanması barədə məlumat daxil olub.
FED.ax xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Şahin Müslümoğlu müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.