Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilib.
Kaliforniyada yanğınlar nəticəsində dəyən ziyan 135-150 milyard dollara çatacağı gözlənilir
FED.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, evakuasiyaya baxmayaraq, distant qaydada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır. (Report)