İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) koronavirusa yoluxan böyük redaktoru Əmrah Fəqanoğlu vəfat edib.
Eləcə də bax: Koronavirusa yoluxan jurnalisti - Süni Nəfəs Aparatına Qoşdular
FED.az xəbər verir ki, bu barədə İTV-dən bildirilib.
Ə.Fəqanoğlu "Yeni Klinika"nın Reanimasiya şöbəsində müalicə olunurdu.
Qeyd edək ki, o, iyulun 18-dən klinikaya yerləşdirilmişdi.
Bildirilib ki, virus səbəbi ilə son günlər vəziyyəti ağırlaşan jurnalistin həyatını xilas etmək mümkün olmayıb.
FED.az kollektivi peşəkar jurnalist, gözəl insan Əmrah Fəqanoğlunun vəfat etməsindən kədərlənir və ailəsinə dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin!