İctimai Televiziyanın İnformasiya Departamentinin böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu koronavirusa yoluxub.
Eləcə də bax: İTV-nin 7 əməkdaşı - KORONAVİRUSA YOLUXUB
FED.az xəbər verir ki, jurnalist “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Ə.Fəqanoğlunun vəziyyəti ağırlaşdığından süni tənəffüs aparatına qoşulub.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov da bildirib ki, hazırda jurnalistin vəziyyəti pisləşib:
“Həkimlər koronavirusdan müalicə aldığı tibb müəssisəsində vəziyyətinin normallaşması üçün əllərindən gələni edirlər. Bu bayram günündə biz jurnalistlər üçün ən böyük hədiyyə Əmrahın durumunun ən yüksək səviyyədə nəzarətə götürülməsi olardı”.
Milli Mətbuat Günündə həmkarımıza Allahdan şəfa diləyirik! (Modern)