Azərbaycan ordusu kömək üçün Türkiyəyə yola düşür.
Türkiyə zəlzələdən sonra beynəlxalq yardım üçün çağırış edib
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “TGRT Haber” məlumat yayıb.
Məlumatda Azərbaycan Silahlı Qüvvələrinin Türkiyəyə kömək məqsədilə qısa müddətdə zəlzələ bölgəsinə hərəkət edəcəyi bildirilir.
Qeyd edək ki, Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) məlumatına görə, 7 bölgədə 76 nəfər həlak olub, daha 440 nəfər isə yaralanıb. Bununla yanaşı, Malatyada 140 binanın uçduğu bildirilir.
Rəsmi Ankara beynəlxalq yardım üçün çağırış edib.