Bu ilin yanvar-aprel aylarında bir sıra qeyri-neft sektoru üzrə dövlət şirkətlərin ixracdan əldə etdikləri gəlirlərdə artım, bəzilərində isə azalma müşahidə olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın may sayında bildirilib.
Məlumata görə, ixrac gəlirləri ən çox artan şirkətlər "SOCAR CAPE" MMC və "Naxçıvan Enerji" MMC olub. Bu şirkətlər ilk dörd ayda müvafiq olaraq 430 min ABŞ dolları və 303 min ABŞ dolları ixrac gəliri əldə edib. 2025-ci ilin yanvar-aprel aylarında şirkətlərin ixrac gəliri olmayıb.
Məbləğ ifadəsində ixrac gəlirlərini ən çox artıran şirkət isə “Azəralüminium" MMC olub. Şirkətin ixrac gəlirləri ötən ilin eyni dövrünüə nəzərən 13,4 milyon ABŞ dolları (27%) artaraq 63 milyon ABŞ dollarına çatıb.
İxrac gəlirləri azalan dövlət şirkətləri arasında birinci yerdə ARDNŞ-nın Qaz İxrac İdarəsi olub. İdarənin gəlirləri illik müqayisədə 19,3 milyon ABŞ dolları (3,5 dəfə) azalıb. Bununla yanşı, ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 91,7 milyon ABŞ dolları (2,9 dəfə), “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ixrac gəlirləri 0,4 milyon ABŞ dolları (7%) azalıb.
Qeyri-neft sektoru üzrə dövlət şirkətlərin ixracdan əldə etdikləri gəlirlər daha ətraflı:
|
S/N |
Şirkətin adı |
İxrac gəlirləri yanvar-aprel, 2025 (Min ABŞ dolları) |
İxrac gəlirləri yanvar-aprel, 2026 (Min ABŞ dolları) |
İxrac gəlirlərinin dinamikası |
|
||
|
Mütləq |
% / dəfə |
||||||
|
1 |
"SOCAR CAPE" MMC |
0 |
430 |
430 |
100% |
||
|
2 |
"Naxçıvan Enerji" MMC |
0 |
303 |
303 |
100% |
||
|
3 |
“Azərpambıq ASK" MMC |
11 600 |
21 400 |
9 800 |
84,50% |
||
|
4 |
"AZƏRENERJİ" ATSC |
1 800 |
3 100 |
1 300 |
72,20% |
||
|
5 |
“Azəralüminium" MMC |
49 600 |
63 000 |
13 400 |
27,00% |
||
|
6 |
“AzerGold" QSC |
68 400 |
79 100 |
10 700 |
15,60% |
||
|
7 |
“SOCAR Polymer" MMC |
82 500 |
90 300 |
7 800 |
9,50% |
||
|
8 |
“Azərbaycan Hava Yolları" QSC |
5 700 |
5 300 |
-400 |
-7,00% |
||
|
9 |
ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi |
140 700 |
49 000 |
-91 700 |
-2,9 dəfə |
||
|
10 |
ARDNŞ-nın Qaz İxrac İdarəsi |
26 900 |
7 600 |
-19 300 |
-3,5 dəfə |
||













