Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində yerləşən Şirnak vilayətində 150 milyon barel ehtiyata malik neft yatağının aşkar edildiyini bildirib.
Rusiya tərəfi neft üçün 60 dollarlıq qiymət limitinə - CAVABINI AÇIQLADI
FED. az xəbər verir ki, o, bu barədə Türkiyə hökumətinin iclasının yekunlarına dair məlumat verib.
“Biz Qabar dağının yaxınlığında 150 milyon barel xalis neft ehtiyatı aşkar etmişik”, - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, bu yataq 2022-ci ildə aşkar edilmiş 10 ən böyük quru yatağından biridir.
Türkiyə lideri vurğulayıb ki, bu yerdəki neft ehtiyatlarının dəyəri təxminən 12 milyard dollardır.
Bundan əvvəl bildirilmişdi ki, Türkiyə hakimiyyəti 2023-cü ildə neft-qaz yataqlarının kəşfiyyatı üçün quruda 100 quyuda qazma işləri aparmaq, həmçinin dənizdə müəyyən işlər görmək niyyətindədir.
Qeyd edək ki, enerji sektorunun neft, təbii qaz və geotermal ehtiyatlara olan tələbatının, eləcə də sənayenin xammala olan tələbatının ödənilməsi zərurəti ilə əlaqədar Türkiyədə və onun hüdudlarından kənarda kəşfiyyat işləri sürətləndiriləcək.