“SDL Nobel” və BP şirkəti arasında yeni üçillik müqavilə imzalanıb.
“Nobel Oil Services” şirkətindən FED.az-a verilən məlumata görə, bu müqavilə çərçivəsində “SDL Nobel” BP şirkətinin Azərbaycanda quruda və dənizdə yerləşən qurğuları üçün metal konstruksiyaların istehsalı və quraşdırma xidmətlərini göstərəcək.
“2004-cü ildən etibarən “SDL Denholm Limited” şirkətinin BP şirkəti ilə oxşar müqaviləsi olub. Biz əminik ki, onun törəmə müəssisəsi “SDL Nobel” əvvəlki nümunəyə uyğun olaraq mövcud fəaliyyətlərin və iş həcmlərinin uğurla həyata keçirilməsini davam etdirəcək,” - “SDL Nobel” şirkətinin baş direktoru Piter Uoddel qdeyib.
Qeyd edək ki, yerli şirkət olaraq “SDL Nobel” öz sahəsində ən yüksək xidmətləri göstərmək və regionda iri beynəlxalq və yerli müştərilərin tələblərinə cavab vermək məqsədi ilə 2016-cı ildə yaradılıb.
“SDL Nobel”in səhmdarları “Nobel Oil Services (UK) Limited” və “SDL Denholm Limited” şirkətləridir.
“SDL Nobel” neft-qaz sənayesində quruda və dənizdə metal konstruksiyaların istehsalı sahəsində ixtisaslaşmış şirkətdir. Onun xidmətlər dairəsinə metal konstruksiya, texniki avadanlıqlar və obyektlərin quraşdırılması, istehsal edilmiş materialların təftişi, istehsal edilmiş materialların təzyiq altında sınağı və digər xidmətlər daxildir.