ABŞ və İsrailin İrana hücumu və bundan sonra başlayan müharibədən sonra dünyada neft-qazın qiyməti artıb, eyni zamanda neft qazla təminatı çətinləşib.
Avropada qazın qiyməti 900 dollara yaxınlaşdı – YENİ QİYMƏTLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, bu sahədə son belə hadisə İsrailin İrana məxsus «Cənubi Pars» qaz yatağına zərbə endirməsi, cavabında İranın Qətərdə yerləşən dünyanın ən böyük LNG (maye qaz) zavodunu vurmasıdır. Bu hadisə dünyada LNG təminatında ciddi problemlərə səbəb olub. Nəticədə indiyədək LNG-ni Qətərdən alan ölkələr indi alternativ mənbələr axtarmağa başlayıblar.
İtaliya hökuməti Qətərdən ixracatdakı fasilələr fonunda alternativ qaz tədarükünü təmin etmək üçün ABŞ, Azərbaycan və Əlcəzair daxil olmaqla bir sıra ölkələrlə danışıqlar aparır.
ABŞ və İsrail İranın cənubundakı neft-qaz obyektlərinə zərbələr endirib
FED.az "Reuters"ə istinadən xəbər verir ki, bunu İtaliyanın energetika naziri Cilberto Piketto Fratin bəyan edib.
Onun sözlərinə görə, İranın Qətərin qaz infrastrukturuna zərbələri ciddi nasazlıqlara səbəb olub.
Azərbaycan nefti 122 dolları keçdi – YENİ QİYMƏT
"Qətərdə daha əvvəl fəaliyyəti dayandırılmış mayeləşdirilmiş təbii qaz (LNG) zavodunun da bombardmana məruz qalması faktının özü qiymətlərə dağıdıcı təsir göstərib", - nazir qeyd edib.
O, həmçinin vurğulayıb ki, yaranmış vəziyyətə baxmayaraq, İtaliya Avropa İttifaqı ilə birlikdə Rusiyadan qaz alışına qayıtmaq niyyətində deyil.
"Qatar Energy"nin məlumatına görə, hücumlar nəticəsində LNG üzrə ixrac gücünün təxminən 17 %-i sıradan çıxarılıb ki, bu da ildə təqribən 20 milyard dollar itkiyə gətirib çıxara və Avropa ilə Asiyaya tədarüklər üçün təhlükə yarada bilər.
İran Küveytin neft zavodlarını da vurdu – İŞİNİ DAYANDIRDI
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, İrana məxsus «Cənubi Pars» qaz yatağına zərbə endirilməsindən sonra İran da Qətərdəki «Qatar Energy» şirkətinin dünya əhəmiyyətli qaz obyektlərini bombalayıb.
Nəticdə bütün dünyada, o cümlədən Azərbaycanın qaz satdığı Avropada qazın qiyməti kəskin artıb.
London Birjasındakı rəqəmlərə əsasən Niderlanddakı TTF mərkəzində aprel ayı üçün təbii qaz fyuçerslərinin qiyməti 35,4% artaraq 1 MVt/saat üçün 74 avroya və ya 1000 kubmetr üçün təxminən 891 dollara çatıb.











