ABŞ və İsrail İranın Körfəzdəki neft-qaz infrastrukturuna aviazərbələr endirib.
Neftin qiyməti ayın sonuna qədər - 200 dollara yüksələ bilər
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Fars” xəbər agentliyinin məlumatına görə, İranın cənubunda - Cənub Pars və Əsəluyyədə yerləşən neft-qaz emalı zavodlarında bir neçə partlayış baş verib.
Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları cəlb olunub.
Qeyd edək ki, Cənub Pars dünyanın ən böyük təbii qaz yatağıdır. İran və Qətər orada birgə fəaliyyət göstərir. (Apa)











