Küveyt Milli Neft Şirkətinə məxsus Mina əl-Əhmədi neft emalı zavodu (NEZ) yenidən pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Azərbaycan nefti 122 dolları keçdi – YENİ QİYMƏT
FED.az xəbər verir ki, bu barədə Küveyt Xəbərlər Agentliyi (Kuwait News Agency) Küveyt Neft Korporasiyasına istinadən məlumat yayıb.
Hücum nəticəsində zavodda yanğın baş verib və qurğular işini dayandırmalı olub.
Xatırladaq ki, qonşu ölkələrin neft qurğularını hədəfə alan İran dünən də Küveytin Abdullah və əl-Əhmədi limanlarındakı Mina əl-Əhmədi neftayırma zavodlarını vurmuşdu, nəticədə onlar fəaliyyətini dayandırmalı olublar.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana hücumundan başlayan müharibə dövründə İran İsraillə yanaşı, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdə ABŞ və onun müttəfiqləri ilə əlaqəli obyektlərə zərbələr endirməyə başlayıb.











