Energetika

Norveçin Neft Fondu səhmlərin ucuzlaşmasından - 115 milyard avro itirib

Norveçin Neft Fondu səhmlərin ucuzlaşmasından - 115 milyard avro itirib | FED.az
11:58 28 Mart 2020

Norveç Neft Fondu dünya bazarlarında səhmlərin ucuzlaşması nəticəsində aktivlərinin dəyərində 115 milyard avrodan çox itki ilə üzləşib.

Necə oldu ki, Norveç Fondu dünyanın ən böyük əmlak sahibinə çevrildi? – BİZNES TARİXİ 

FED.az xəbər verir ki, son aylara qədər aktivləri 1 trilyon avrodan çox qiymətləndirilən Norveçin Neft Fondu kimi də tanınan "Dövlət Pensiya Fondu - Qlobal" bu günlərdə 1.33 trilyon Norveç kronu (115 milyard avrodan çox) dəyər itirib.

Norveçin Neft Fondunda toplanan vəsait – FANTASTİK MƏBLƏĞƏ ÇATDI

Bu qədər böyük zərərin baş verməsində əsas səbəb kimi koronavirusun yayılması səbəbindən birjalarda kotirovkaların düşməsi olub. Beləliklə, indiki anda Fondun investisiya portfelinə dəyən zərər 16,2 faiz təşkil edir ki, bu da ötən il fond tərəfindən əldə edilmiş rekord 19,9 faiz mənfəəti sıfıra endirməkdədir.

Xatırladaq ki, bu ilin fevral ayında Norveçin "Dövlət Pensiya Fondu - Qlobal" 2019-cu il üçün aktivlərinin dəyərində artımının rekord səviyyədə olduğunu elan edib. Beləliklə, fondun aktivləri birjalarda kotirovkaların yüksəlməsi nəticəsində 1,69 trilyon kron (170 milyard dollardan çox) artmışdı.

Digər xəbərlər

Banner