Nobel mükafatı laureatı iqtisadçı Cozef Stiqlitz enerji qiymətlərinin uzunmüddətli perspektivdə azalacağını və gələcəkdə inflyasiyanın sürətinin düşəcəyini bildirib.
Eləcə də bax: OPEC+ neft hasilatını cüzi artırmağa - RAZILAŞDI
FED.az xəbər verir ki, bu mərhələdə sözügedən prosesin vaxtı ilə bağlı dəqiq bir proqnoz verməyən Stiglitz, onu narahat edən məsələnin FED-in sürətli və həddən artıq çox addım atması olduğunu bildirib.
Bloomberg-in yayımına qatılan Stiglitz-in diqqət çəkən açıqlamaları:
"İnflyasiyanın böyük hissəsi təklif tərəfdən qaynaqlanır. Ukraynadakı müharibə səbəbindən enerji və neft qiymətləri yüksəlib. Bu başa düşüləndir, çox da uzun olmayan müddətdə qiymətlər geri qayıdacaq.
Bizim məhdudiyyətsiz bərpa olunan enerji istehsal etmək imkanımız var. Belə getsə, neftdə 40-50 dollarlardan danışılacaq. Gələcəkdə dezinflyasiya görəcəyik, amma bunun nə vaxt olacağını bilmirəm.
Təchizat xəritəsi dəyişəcək. Çinlə rəqabət apara biləcək ucuz yerlər var. Düşünürəm ki, yenidən uyğunlaşma üçün bir neçə il lazım olacaq. Biz buna demək olar ki, hazırıq.
Məni narahat edən Fed-in çox sürətli və çox hərəkət etməsidir. Unutmayaq ki, pul siyasətinin öz təsirini göstərməsi üçün 18 ay lazım olur. Rusiya-Ukrayna müharibəsi bitərsə, enerji qiymətləri aşağı düşəcək, bu da dezinflyasiya yaradacaq.
Yanacağın qiymətləri geri qayıdacaq və biz hazırda bunun əlamətlərini görürük.
Son 50 ildə dövlət siyasəti fermerlərə “çox məhsul verməyin” deyib. Bu siyasəti tərsinə çevirsək, kənd təsərrüfatı məhsullarının qiyməti aşağı düşəcək". (Marja)