OPEC+ sentyabr ayında gündəlik neft hasilatını 100 min barel artırmağa razılaşıb ki, bu da tarixən aşağı məbləğdir.
Eləcə də bax: Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi - 884% YERİNƏ YETİRİB
FED.az xəbər verir ki, nazirlərin bu gün keçirilən virtual görüşündə sentyabr ayında neft hasilatı hədəfinin gündəlik 100 min barel artırılması ilə bağlı razılıq əldə olunub.
Bu rəqəm son aylar istehsal artımı rəqəmlərindən xeyli aşağıdır. İyul və avqust aylarında qrup neft hasilatını gündəlik 600 min bareldən çox artırıb.
23 ölkədən ibarət olan alyansın bu qərarı Ər-Riyad və Vaşinqton administrasiyalarının barışıq yolunda olduğuna işarə edib.
Razılaşmadan sonra, ABŞ xam neftininin qiyməti 2 faiz artaraq 99,50 dollar, Brent markalı neftin bir barelinin qiyməti isə 1,5 faiz artaraq 102 dollar olub. (Marja)