iranin neft ixracında kəskin azalma olub. FED.az xəbər verir ki, ABŞ-ın sanksiyalarından sonra İranın günlük neft ixracatı avqust ayının ilk yarsından 20% və ya 600 min barel azalaraq gündəlik 1,68 milyon barelə düşüb. Qeyd edək ki, bu rəqəm may ayının əvvəlində günlük 2,7 milyon barel rekord həddə çatdıqdan sonra ixracat may ayından 62% azaldılıb .
İrana qarşı sanksiyaların əsas hissəsi noyabrda başlayacaq. Ekspertlərin fikirinə görə, noyabrın 4-dən etibarən başlayacaq olan əsas sanksiyalardan sonra neft ixracatının günlük 1 milyon bareldən də aşağı düşməsini ehtimalı var.
İrana sanksiyalar özünü göstərir – NEFT İXRACI KƏSKİN AZALDI
10:39
20 Sen 2018