Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Türkiyənin yeganə inteqrasiya olunmuş neft-kimya müəssisəsi “Petkim” bu ilin I rübündə 597 507 ton həcmində məhsul satıb.
Eləcə də bax: SOCAR-ın Türkiyədəki şirkəti - 80 ÖLKƏYƏ MƏHSUL GÖNDƏRİR
FED.az “Petkim Holding”in hesabatına əsasən xəbər verir ki, bu dövrdə istehsalın həcmi isə 801 711 ton təşkil edib.
Bu ilin I rübündə istehsalın həcmi 1,7% çox, satışın həcmi isə təxminən eyni olub.
Hesabat dövründə “Petkim”ə yatırılan investisiyaların məbləği 133 mln. lirə təşkil edib. İnvestisiyalar əsasən modernizasiya, texnoloji inkişaf, enerji səmərəliliyi və ətraf mühit sahəsinə aid olub.
Qeyd edək ki, “Petkim Holding” 1965-ci il aprelin 3-də yaradılıb. 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olub. SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.
Report