Dünyanın ən böyük neft şirkəti sayılan «Saudi Aramco»nun xalis mənfəəti, Covid-19 və neft qiymətlərindəki enmə səbəbiylə 44% azalıb.
SOCAR xaricdə yeni biznesə başlayır - ELEKTRİK STANSİYASI ALACAQ
FED.az xəbər verir ki, Səudiyyə Ərəbistanına məxsus dünyanın ən böyük neft şirkəti olan «Aramco», neft qiymətlərindəki düşüş və yeni növ koronavirus (Covid-19) səbəbindən xalis qazancın ən çox azaldığı şirkətlər arasındadır.
Neft bu gecə kəskin ucuzlaşdı – SON QİYMƏT
Aramco prezidenti Amin Nasır, şirkətin rəsmi saytında 2020-ci ildəki maliyyə vəziyyəti və neft satışlarından əldə etdiyi xalis qazanc haqqında bir açıqlama verib.
Qlobal neft qiymətlərindəki ciddi enmələrin 2020-ci ildəki satış nisbətlərinə də əks olunduğunu deyən Nasır, Covid-19-un inanılmaz təsirinin qlobal iqtisadiyyatda hiss olunduğuna da diqqət çəkib.
Şirkətin 2020-ci il üçün mənfəət payının 75 milyard dollar olacağı barədə bir öhdəlik götürdüyünü xatırladan Nasır, «Aramco 2020-ci ildə 49 milyard dollar qazanmağı bacardı. Sektorun ən çətin dövrlərində şirkət güclü bir maliyyə dayanıqlığı göstərdi» deyib.
«Aramco» tərəfindən paylaşılan məlumatlara görə, 2020-ci ildə vəd olunan 75 milyard dollar əvəzinə 49 milyard dollar xalis mənfəət səbəbindən xalis mənfəətin 44% azaldığı görülür.
2019-cu ildə isə şirkətin xalis mənfəəti 88 milyard dollar olub.