Dünya bazarında neftin qiyməti sürətlə aşağı düşür.
FED.az xəbər verir ki, martın 18-də qiymətlər 7%-dən çox azalaraq fevralın əvvəllərindəki həddə enib.
London birjasında Brent nefti 7,57% azalaraq 62,82 dollara enib.
WTI nefti isə 7,12% azalaraq 60 dollara enib.
Hərracların gedişində Brent hətta 62 dollardan, WTI nefti isə 60 dollardan aşağı həddi, müvafiq olaraq 59,88 dolları və 61,45 dolları görüb.
Ucuzlaşmanın səbəbi, neft anbarlarının dolu olması və bu barədə Beynəlxalq Enerji Agentliyinin hesabatıdır.