Prezident İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru təyin edib.
FED.az xəbər verir ki, bu təyinatadək İsrafil Məmmədov Dövlət Neft Fondunun icraçı direktorunun müavini vəzifəsində çalışırdı. Modern.az Dövlət Neft Fondunun yeni icraçı direktorunun tərcümeyi-halını təqdim edir:
İ.Məmmədov 26 iyul 1973-cü ildə anadan olub. 1990 - 1995-ci illər Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində təhsil alıb. İxtisasca iqtisadçıdır.
İngilis, ərəb, rus dillərini bilir.
Evlidir, üç övladı var.
İ.Məmmədov 1995 -1996-cı illər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində çalışıb.
1996-2007-ci illər Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində işləyib.
2007-2008-ci illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Böyük Britaniyadakı nümayəndəsi vəzifəsini tutub.
2008-2013-cü illər Azərbaycan Respublikası Dövlət Neft Fondunda Vəsaitlərin İdarə edilməsi müdiriyyətinin müdiri vəzifəsində çalışıb.
23 iyul 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.
Modern