Milli Məclis spiker Oqtay Əsədovla bağlı mətbuatda yayılan məlumatları təkzib edib.
Parlamentdən FED.az-a daxil olan məlumatda deyilir:
"Son vaxtlar bir sıra Kütləvi İnformasiya Vasitələrində Milli Məclisin Sədri Oqtay Əsədovla bağlı həqiqətə uyğun olmayan məlumat dərc olunmuşdur.
Eləcə də bax: Səhiyyə Nazirliyi 6 milyonluq müqaviləni bu şirkətə verdi
Yazıda bildirilir ki, guya parlament Sədrinin “qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu “Araş Medical Company” MMC son 9 il ərzində 250 milyon manatdan artıq dövlət satınalması əldə edib. Bu satınalmaların əksəriyyəti Səhiyyə Nazirliyindən olub”.
Eləcə də bax: Səhiyyə Nazirliyinin tenderlərini kimlər udur? – SİYAHI, MƏBLƏĞLƏR
Parlamentin Mətbuat Xidməti qəti şəkildə bildirir ki, Milli Məclisin Sədri Oqtay Əsədovun Cavid Əsədov adlı nə qardaşı oğlu, nə bacısı oğlu, nə də tanışı var. Milli Məclis Sədrinin “Araş Medical Company” MMC ilə heç bir əlaqəsi yoxdur. Heç bir əsası olmayan, uydurma faktlara söykənmiş belə informasiyaların yayılması ancaq acı təəssüf hissi doğurur".
Eləcə də bax: Səhiyyə Nazirliyindən 26 milyonluq - MÜQAVİLƏ
Eləcə də bax: Azərbaycanda xəstəxana tenderlərini – HANSI ŞİRKƏTLƏR UDUR – SİYAHI MƏBLƏĞLƏR