Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi satınalmalar ilə bağlı keçirtdiyi tenderin qaliblərini açıqlayıb. Qalib şirkətlərlə 18 fərqli müqavilə imzalanıb.
FED.az xəbər verir ki, müqavilələr ümumilikdə 26 milyon 288 min 73 manat təşkil edir.
Müqavilələrin şərtləri isə aşağıdakı kimidir:
1.”ES MEDİKAL” MMC şirkəti ilə tibbi müəssisələr üçün mebel və avadanlıqlar satınalması ilə bağlı 5 müqavilə imzalanıb. Müqavilələr ümumilikdə 6 milyon 528 min 763 manat təşkil edib.
2. “ALBATROS HELTKEYR" MMC şirkəti ilə tibbi avadanlıqlar satınalması ilə bağlı 3 müqavilə imzalanıb. Müqavilələr ümumilikdə 701 min 168.27 manat təşkil edib.
3. "ARASH MEDİCAL COMPANY" MMC şirkəti ilə tibbi avadanlıqlar satınalması ilə bağlı 3 müqavilə imzalanıb. Müqavilələr ümumilikdə 4 milyon 219 min 739.46 manat təşkil edib.
4. "3S OSTEOSİNTEZ" MMC şirkəti ilə tibbi aparat və avadanlıq satınalması ilə bağlı 2 müqavilə imzalanıb. Müqavilələr ümumilikdə 5 milyon 348 min 390.12 manatb təşkil edib.ə
5. "LABSERVİS LTD” MMC şirkəti ilə tibbi aparat və avadanlıq satınalması ilə bağlı 2 müqavilə imzalanıb. Müqavilələr ümumilikdə 684 min 980.56 manat təşkil edib.
6. "TİBB TEXNİKASININ TƏMİRİ ZAVODU" ASC şirkəti ilə tibbi aparat və avadanlıq satınalması ilə bağlı müqavilə imzalanıb. Müqavilə 607 min 204.4 manat təşkil edib.
7. "ZEYTUN PHARMACEUTİCALS" MMC şirkəti ilə tibbi təyinatlı vasitələr satınalması ilə bağlı müqavilə imzalanıb. Müqavilə 1 milyon 888 min manat təşkil edib.
8. "EKSPA" MMC şirkəti ilə tibbi təyinatlı vasitələr satınalması ilə bağlı müqavilə imzalanıb. Müqavilə 6 milyon 309 min 826.98 manat təşkil edib.
Səhiyyə Nazirliyindən 26 milyonluq - MÜQAVİLƏ
11:38
30 Aprel 2019