Azərbaycanda istehsalla məşğul olan şirkətlər yeni problemlə üzləşiblər.
Daxili bazarda tələbatın 95%-ni ödəyən şirkətin sahibi - HÖKUMƏTƏ MÜRACİƏT ETDİ
FED.az xəbər verir ki, xaricdən xammal idxal edərək məhsul istehsal edən şirkətlər xammalın qiymətinin yüksəlməsindən, eləcə də Azərbaycana gətirilən mallardan tutulan yüksək gömrük rüsumlarından əziyyət çəkirlər.
Səfər Mehdiyev: "Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 126% əməl edib"
Son aylar bu vəziyyət daha da pisləşib və istehsalla məşğul olan şirkətlər hökumətdən gömrük güzəşti istəməyə başlayıblar.
Xaricdən gətirilən bu mallara - GÖMRÜK GÜZƏŞTİ VERİLƏCƏK - SƏRƏNCAM
Belə şirkətlərdən biri də Azərbaycanda plastik və alüminium profillərin istehsalı ilə məşğul olan «Vəliev» şirkətidir.
2005-ci ildən fəaliyyətə başlayan «Vəliev» ölkənin ən böyük PVC qapı və pəncərə profillərinin istehsalçılarından biridir. 2013-cü ildən isə şirkət ilk olaraq, Sumqayıt şəhərində iki fərqli istiqamətdə PVC qapı, pəncərə profillərinin və aksesuarlarının satışını həyata keçirməyə başlayıb. Hazırda bununla yanaşı, sink və dəmir tərkpibli aksesuarlar da istehsal olunur. Şirkətin Bakı, Gəncə və Azərbaycanın digər böyük şəhər və rayonları da daxil olmaqla ölkədə 30-dan artıq satış məntəqəsi var. «Vəliev» öz məhsullarını təkcə daxili bazarda deyil, xaricdə də satır.
Ölkəyə gətirilən maşınların yalnız 0,2%-i - GÖMRÜK RÜSUMUNDAN AZAD EDİLƏCƏK.– QƏRAR LAYİHƏSİ
Amma son aylar gömrük rüsumları ilə bağlı yaranan vəziyyət şirkətin fəaliyyətində çətinlik yaradıb və indi “Vəliev” MMC Nazirlər Kabinetinə müraciət edərək istehsal üçün idxal edilən xammalın gömrük rüsumundan azad edilməsini istəyir.
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları - 43% ARTIB
Qeyd edək ki, Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 477 saylı qərarı ilə ölkəyə gətirilən və istehsal üçün istifadə edələn bəzi məhşsullar görmrük rüsmumundan azad edilmişdi. Söhbət PVC profil, boru Boya və s. istehsalında istifadə olunan yarımfabrikat Titan dioksiddən, PVC Alüminum profil, PVC qapı pəncərə profil, mebel va s. istehsalında istifadə olunan müxtəlif üzlüklü PVC laminasiya məhsullarından gedir.
Bunlar 3206.11.000, 3402.11.900, 3901.10.100, 3920.43.100, 4804.51.000, 5307.10.000, 5402.53.000, 5402.62.000 alt yarımmövqelərinə aiddir.
Həmin qərara əsasən sözü gedən məhsulların idxalı üzrə gömrük rüsumu 15%-dən 0 faizə endirilmişdi. Amma bu güzəşt cəmi 2 illik nəzərdə tutulub və ötən ilin dekabrın onun müddəti başa çatıb.
«VELIEV» MMC-nin rəhbərliyi hökumətə müraciətində bildirir ki, sözügedən qərar iş adamlarına müsbət təsir edib. Bu qərardan sonra pandemiyaya baxmayaraq «VELIEV» MMC-də 53 nəfər yeni iş yerləri açılmaqla ümumi işçilərin sayı 293 nəfərə çatıb. Ölkəyə PVC qapı pəncərə profili üzrə idxalı da kəskin azalıb.
Əvəzində sərfəli şərtlər səbəbindən ixrac kəskin artıb. Şirkətin ixracı 2020-ci ildə 2019-cu ilə nisbətən 2,5 dəfə artaraq 983 278 ABŞ dolları, 2021-ci ildə də ötən ilin eyni dövrünə nisbətən 2,21 dəfə, 2019-cu ilə nisbətən isə 5,54 dəfə artaraq 2 178 700 ABŞ dolları olub.
Amma 2021-ci ilin dekabrında sözügedən qərarın qüvvədən düşməsi (müddət 2 il nəzərdə tutulmuşdu) nəticəsində gömrük rüsumları yenidən 15%-lə tutulmağa başlayıb və bu da şirkətlərin gətirdiyi məhsulların maya dəyərini kəskin artırıb.
Şirkət bu vəziyyəti nəzərə alaraq sözügedən məhsullara güzəştloərin uzadılmasını istəyir. «VELİEV» MMC şirkətinin Sahibkarlar Konfederasiyasına müraciətəndə də xahiş olunur ki, bununla bağlı hökumət qarşısında məsələ qaldırsın.
Şirkət bu müraciətində prezident İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli sərəncamını da da əsas tutur,
«Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında» sərəncamda ölkədə rəqabət qabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyininin vacibliyi bildiridir.
Sərəncamın 1.4-cü bəndirndə bildirilir ki, ölkədə istehsal olunmayan və daxili istehsalda istifadə edilən xammalın idxalına gömrük güzəştləri tətbiq edilməlidir. Şirkət də buna əsaslanaraq «Ölkəda istehsal olunmayan və daxili istehsalda istifadə edilən xammalın idxalına gömrük güzəştlərinin tətbiqi» barədə 19 sentyabr 2018-ci il tarixli 497 saylı sərəncamını nəzərə alaraq, xalq istehlakı üçün olmayan xammalların, yarımfabrikatların, ehtiyyat hissələrinə gömrük rüsumunun ləğvini, habelə Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 477 nömrəli Qərarının 3-cü bandinin ləğy edilməsi – yəni həmin güzəştin daimi tətbiqini istəyir.
Qeyd edək ki, «Veliev» MMC-nin müraciəti gömrük rüsumların ilə bağlı sahibkarların hökumətə ilk müraciəti deyil. Artıq digər şirkətlər də sözügedən güzəştin müddətinin kəsilməməsi ilə bağlı hökumətə müraciətlər ünvanlayıblar.