Azərbaycanda minimum istehlak səbətinə daxil olan, yəni ən zəruri ərzaq məhsulları və onların istehsalı üçün xaricdən gətirlən mallara gömrük rüsumları güzəşti veriləcək.
Təcili: Hökumət qiymət artımına qarşı - CİDDİ TƏDBİRLƏRƏ BAŞLAYIR - SƏRƏNCAM
FED.az xəbər verir ki bu Baş Nazir Əli Əsədovun imzaladığı "Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncamda nəzərdə tutulur.
Sərəncamda deyilir ki, Dövlət Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu tədbirdə məqsəd idxal inflyasiyasının, yəni xaricdəki qiymət artımının ölkəyə təsirinin azaldılmasıdır.