Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində yoxlamalar aparıb.
Azərbaycanda ən stajlı icra başçıları - ADLAR, İLLƏR - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yoxlamalar nəticəsində rayonun icra başçısının müavini Nadir Muradov Yədulla oğlu həbs edilib. Məhkəmə onun barəsində barəsində 4 aylıq həbs-qətimkan tədbiri qərarı çıxarıb.
Digər məlumata görə, Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatla müavindən əlavə, daha bir neçə vəzifəli şəxs saxlanılıb.
Onlardan böyük məsləhətçi (memar) Qafar Abdullayev barəsində də həbs qətimkan tədbiri seçilib. Digər vəzifəlilər hazırda dindirmədədirlər.
Mənbə: Unikal.az, Qafqazinfo.az
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanda icra hakimiyyəti başçısı vəzifəsində ən çox müddət çalışan şəxslərin adları açıqlanıb.
20 «uzunöiürlü» vəzifəlinin siyahısında Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov da var.
Xatırladaq ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov inzibati idarəçiliyə vergi sistemindən gəlib. O, 2005-ci ilin mayından 2005-ci ilin dekabr ayınadək Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 21 dekabr 2005-ci il tarixindən 4 mart 2020-ci ilə kimi Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olub. 4 mart 2010-cu il tarixli sərəncamla Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Süleyman Mikayılov üst-üstə 20 ildən çoxdur ki, icra başçısı işləyir.
Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin apardığı əməliyyat nəticəsində Bəlakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev də həbs edilib, o mənimsəmə və rüşvət hallarında ittiham olunur.












