Yaponiyanın qərbində 6,6 bal güclündə zəlzələ baş verib.
Yaponiya Meteoroloji Agentliyinin məlumatına görə, yeraltı təkanlar paytaxt Tokionun təxminən 700 kilometr qərbindəki Tottori bölgəsində, 10 kilometr dərinlikdə meydana gəlib. Dağıntıların və xəsarət alanların olduğu bildirilir. Tottori prefekturasında zəlzələdən sonra 32 mindən çox ailə elektrik enerjisiz qalıb. Sürət qatarlarının hərəkəti dayandırılıb. Sunami təhlükəsi elan olunmayıb.
Yeraltı təkanlar Yaponiyanın 47 prefekturasından 31-də hiss edilib.