"Əgər ruslar geri çəkilsələr və dəhşətli səhv etdiklərini etiraf etsələr, o zaman biz dialoq formatı axtara bilərik".
Zelenski: "Müharibə Rusiya Ukraynanın ərazi bütövlüyünü tanıyanda - BİTƏCƏK"
FED.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "El Pais" qəzetinə müsahibəsində bildirib.
"Son damla sentyabrda Ukraynanın dörd regionunu: Donetsk, Luqansk, Zaporojye və Xersonu qanunsuz olaraq birləşdirən ilhaq referendumları oldu. Ancaq əgər ruslar geri çəkilsələr və dəhşətli səhv etdiklərini etiraf etsələr bundan sonra biz dialoq formatı axtara bilərik. Ancaq ərazimizi işğaldan azad etmək üçün biz minlərlə insanımızın həyatını qurban verməyə davam edəcəyiksə, düşünürəm ki, bu, illərlə prosesə mane olacaq”, Ukrayna Prezidenti vurğulayıb. (Apa)