Qərb liderlərindən heç biri Ukraynaya təzyiq etmir.
Moskva: "Paşinyan Zelenskinin yolu ilə gedir"
FED.az xəbər verir ki, bunu bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Avropa Komissiyasının sədri Ursula von der Leyenlə birgə mətbuat konfransında deyib.
Zelenski Rusiya ilə danışıqlarda iştirak etmək üçün Qərb tərəfdaşlarının təzyiqi altında olması ilə bağlı mediada yayılan xəbərləri təkzib edib:
“Müharibə başlamadan əvvəl və müharibənin ilk vaxtlarında bəzi təzyiqlər olmuşdu, lakin bu gün Avropa İttifaqı və ya ABŞ liderlərindən heç kim mənə təzyiq göstərmir. Bizim Rusiya ilə danışıqlar aparıb, onlara hər hansı ərazi güzəşti etməyəcəyik”,- deyə Ukrayna lideri bildirib. (Apa)