Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə xalqa müraciət edib.
Eləcə də bax: “Biz tək qaldıq, hamı qorxur” - Zelenski
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırıb.
Bir daha Rusiya Federasiyasının Prezidentinə müraciət etmək istəyirəm. Bütün Ukrayna ərazisində müharibə gedir. Gəlin danışıqlar masası arxasında əyləşək. İnsanların ölümünün qarşısını almaq üçün".
O həmçinin, Rusiyanın Ukraynaya hücumunu bütün Avropaya hücum adlandırıb.
“Rusiyanın Ukraynaya müdaxiləsi Avropanın birliyinə, insan haqlarına, Avropada mövcud olan bütün qaydalara hücumdur”, - Zelenski qeyd edib.