Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya qəbul olunması naminə istefa verməyə hazır olduğunu açıqlayıb.
FED.az xəbər verir ki, Ukrayna prezidenti bu barədə Ukrayna. 2025-ci il" forumunda elan edib. «Ukraynada sülh və ya ölkənin NATO-ya üzvlüyü naminə vəzifəmi tərk etməyə hazıram»-deyə Ukraynanın dövlət başçısı bildirib. "Əgər Ukrayna üçün sülh olacaqsa, əgər mənim vəzifəmi tərk etməyim sizə lazımdırsa, mən hazıram" - deyə o bildirib.
Onun sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü ən ucuz təhlükəsizlik zəmanətidir, amma ABŞ, Almaniya və Macarıstan Ukraynanı orada görmək istəmirlər.
Xatırladaq ki, Zelenskinin prezidentlik müddəti formal olaraq başa çatsa da, müharibə şəraiti olduğuna görə hələ yeni prezident seçkiləri keçirilməyib.
Bundan istifadə edən rəsmi Moskva Zelenskini qeyri-legitim hesab edir. ABŞ prezidenti Tramp da gözlənilmədən bu məsələdə Rusiyanı dəstəkləyib və Zelenskidən yeni prezident seçkilərinin keçirilməsini tələb edib. ABŞ prezidenti işarə edib ki, Zelenskinin Ukraynada dəstəyi aşağıdır.