Ukraynanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı var, lakin ən etibarlı sazişi imzalasaq da, Rusiya 2 ildən qayıda bilər.
FED.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski yerli telekanallara verdiyi müsahibədə bunu deyib.
Ordu dövlətimizi müdafiə etməyə qadir olmalıdır. Bizim mövqemiz var, və bu mövqe Baş komandanla ortaqdır. Biz nə etdiyimizi yaxşı başa düşürük. Başa düşürük ki, ən etibarlı müqaviləni imzalasaq belə, Rusiya iki ilə qayıda bilər. Əgər biz bunu qəbul etsək, ona uyğun hərəkət edirik. Mən bilirəm ki, David (red. - Araxamiya) danışıqlar zamanı bizim narahatlıqlarımızı Rusiya tərəfinə çatdırıb. Ona görə də dövlətimizin müdafiə qabiliyyəti ilə bağlı müəyyən şeylərdən danışanda dərhal deyirik ki, biz özünü müdafiə edə bilən dövlət quracağıq... Bizə təhlükəsizlik təminatı lazımdır. Bir çox təfərrüatlar var ki, haqqında danışmaq istəmirəm, çünki onlar uzaqdadır”, - deyə Zelenski bildirib. (Apa)