Yunanıstanın Kiçik Çuha adasına köçən ailələrə aylıq 500 avro veriləcək.
FED.az xarici KİV-ə istinadən xəbər verir ki, bu addım adada yaşayan əhalinin sayını artırmaq məqsədilə atılıb. Belə ki, hazırda Çuha adasında 24 şəxs yaşayır.
Adanın bələdiyyə sədri Andreas Çarçalakisin sözlərinə görə, 51 kvadrat kilometr ərazisi olan ada yaşamaq üçün sakit və gözəl yerdir, lakin qış bir az sərt keçir.