Amerika əhalisi Yeni İl münasibətilə iş yoldaşlarından daha çox ev heyıvanlarını – it-pişiklərini təbrik etməyə hazırlaşırlar.
FED.az xəbər verir ki, «YouGov»un apardığı araşdırmaya görə, 2019-cu ildə ABŞ vətəndaşlarının böyük hissəsi iş yerindəki kolleqalarından daha çox ev heyvanlarına hədiyyə alacaq. 1200 nəfəri əhatə edən araşdırmada məlum olub ki, rəyi soruşulanların yalnız 13%-i Yeni il münasibətilə iş yoldaşlarını təbrik edəcək, ev heyvanlarını təbrik etməyə hazırlaşanlar isə 31%-dir.
Eləcə də bax: Azərbaycanda ev heyvanlarını sığortalamaq - MÜMKÜN OLACAQ
Ümumiyyətlə, amerikalıların əksəriyyəti (75%) ilk növbədə ailə üzvlərini təbrik edəcək, 54% öz sevgilisini, 37% isə dostlarını təbrik edəcək. Qonşuların bəxti az gətirib – cəmi 10% əhali Yeni İl münasibətilə qonşusuna hədiyyə hazırlayır.
Araşdırma göstərib ki, qadınlar ailə üzvlərini təbrik etməyə kişilərdən çox meyllidirlər (qadınlar 79%, kişilər 70%). Dostları təbrik etmək meyli də qadınlarda daha güclüdür (41% - 32%-ə qarşı).