Yaponiyanın cənub-qərbində güclü leysan yağışları səbəbindən Küsü əyalətinin Kaqosima, Kirisima və Aira şəhərlərindən 728 min nəfər təxliyyə edilib.
FED.az “İnterfax”a istinadən xəbər verir ki, yerli hakimiyyət və Yaponiyanın Meteoroloji Agentliyi sakinlərə daşqın və ehtimal edilən torpaq sürüşməsi barədə xəbərdarlıq edib.
İyunun 28-də əyalətin cənub rayonlarına düşən yağıntının miqdarı 900 mm-dən artıq olub.