Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində keçirilən əməliyyatın videosunu yayıb.
FED.az xəbər verir ki, araşdırma zamanı XİN-in İşlər idarəsinin müdiri Fərhad Mollazadə, İşlər idarəsinin təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol verilməsinə əsaslı şübhələr müəyyən edilib.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








