8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Xəyal Məmmədxanlı seçki platforması çərçivəsində daha bir maraqlı sürpriz yenilik təqdim edib.
FED.az təşviqat prosesi başlayandan kreativ yanaşması, maraqlı metodları ilə ölkənin diqqətini cəlb edən Xəyal Məmmədxanlı 25.01.2020 ci ildə seçiciləri ilə görüş zamanı sürpriz şəkildə daha bir layihəsindən bəhs edib.
Eləcə də bax: 1000 nəfər namizədliyini - GERİ GÖTÜRÜB - SON VƏZİYYƏT
Belə ki, yeni layihəyə əsasən dairənin ərazisində yaşayan sakinlərin binalarına üzərində xüsusi QR kodlar olan lövhələr quraşdırılacaq. Sakinlər telefon vasitəsilə lövhələrdəki QR kodu oxutduraraq birbaşa Xəyal Məmmədxanlıya zəng edə, votsap mesajı yaza və ya Facebook səhifəsinə keçid edərək ismarıc göndərə biləcəklər. Sakinlərdən gələn bütün zənglər, müraciətlər, təkliflər dairə ərazisində yerləşən qərargahda ixtisaslı mütəxəssislər tərəfindən dərhal qəbul olunacaq, həlli istiqamətində işlər başlayacaq və nəticəsi barədə onlara məlumat veriləcəkdir.
Layihənin mahiyyəti seçicilərin öz deputatlarına istənilən vaxt əllərinin, səslərinin, sözlərinin çatmasını təmin etməkdir!
Layihə ilə bağlı video təqdimatı aşağıdakı linkdən izləyə bilərsiniz.