Xətai rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq
İri Şəhərlərin Birləşmiş Su Təchizatından FED.az-a verrilən məlumata görə, Bakı şəhəri 8 noyabr prospektində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 15 iyul 2024-cü il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə (Nargilə dairəsindən Naxçıvanski dairəsinədək) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaxın saatlarda quraşdırma işləri yekunlaşacaq və suyun verilməsinə başlanılacaq.
Bununla əlaqədar abonentlərdən üzr istəyirik.