Xerson vilayətinin rəhbərliyi referendum hazırlıqlarına başlayıb.
Eləcə də bax: Ukraynanın bu şəhərlərində əhaliyə - Rusiya Pasportu Verildi
FED.az xəbər verir ki, bu barədə məlumatı vilayətin Hərbi-mülki Administrasiyasının rəhbərinin müavini Kirill Stremousov açıqlayıb.
Onun sözlərinə görə, referendum zamanı sözügedən regionun Rusiyanın tərkibinə qatılması məsələsi həll olunacaq:
“Bəli, biz referenduma hazırlaşırıq və biz onu keçirəcəyik. Qəribə səslənsə də, Xerson vilayəti Rusiyaya birləşmək barədə qərar qəbul edəcək, Rusiyanın tam hüquqlu subyekti olacaq”. (Qafqazinfo)