Rusiya ordusu Ukraynanın Xarkov şəhərini “Qrad” atəşinə tutub.
FED.az xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Andrey Geraşenko feysbukda bildirib.
Məlumata görə, işğalçı qüvvələrin təcavüzü nəticəsində onlarla dinc sakin həlak olub, 100-dən çox yaralı var.
“Bu kabusu bütün dünya görməlidir”, - DİN rəsmisi vurğulayıb. (Report)