Özbəkistanın xarici borcu dekabr ayının sonunadək 15 milyard dollar olacaq.
FED.az xəbər verir ki, bu rəqəmi Ali Məclis Senatının iclasında Özbəkistan Baş Nazirinin müavini, maliyyə naziri Jamşid Kuçkarov səsləndirib.
Eləcə də bax: Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolundan - İSTİFADƏ ETMƏKDƏ MARAQLIDIR
Nazir bildirib ki, ilin əvvəlində bu rəqəm 9 milyard, oktyabr ayında isə 13,5 milyard dollar olub.
O vurğulayıb ki, ölkənin borcları əsasən beynəlxalq maliyyə institutlarınadır, məsələn, Asiya İnkişaf Bankı, Dünya Bankı və digər banklara. Dövlətlər arasında isə ən böyük borc Çinə (2 milyard dollar) və Yaponiyayadır (1,5 milyard dollar).
Nazir deyib ki, bu kreditlər əsasən ölkədə böyük layihələrin həyata keçirilməsinə xərclənir.
Eləcə də bax: “Özbəkistan hava yolları” üç şirkətə - AYRILIB
"Azərtac"