“Wentto Electronics” mağazalar şəbəkəsi bütün müştərilərinin aylıq ödənişlərinə 1 aylıq güzəşt edib.
FED.az xəbər verir ki, bu barədə şəbəkənin rəsmi sosial şəbəkə hesablarında məlumat verilib.
“Wentto Electronics” martın 29-dan saat 00:00-dan etibarən ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar müştərilərin sağlamlığını düşünərək aylıq ödənişlərinə güzəşt tətbiq edərək 1 aylıq fasilə verilməsinə qərar verib.
Qeyd edək ki, şirkət krediti olan müştərilər üçün də güzəştə gedərək aprel ayı ödənişlərini dondurub.
Şirkət fasilə müddətində fəaliyyətini online olaraq davam etdirəcək.
Səyyar Kredit xidməti vasitəsi ilə yeni kredit rəsmiləşdirən müştərilərin ödənişlərinə 1 aylıq güzəşt tətbiq ediləcək.