Ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub vəfat edib.
FED.az xəbər verir ki, bu barədə APA-ya V.Əyyubun ailəsindən bildirilib.
Mərhum bu gün Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında dəfn olunacaq.
Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub.
Azərbaycan milli-azadlıq hərəkatının fəallarından, AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib.
V.Əyyub 1992-ci ildə Azərbaycanda ilk dəfə test üsulu ilə tələbə qəbulunun keçirilməsini təmin edib.
O, 2014-cü ildə Müsavat partiyasının Məclis üzvlüyündən çıxarılıb.
2015-ci ildə Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin 1-ci müavini seçilib.
Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan V. Əyyub bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir.
Allah rəhmət eləsin!