Tanınmış azərbaycanlı biznesmen, “LUKOİL”in prezidenti Vahid Ələkbərovun Prezident Vladimir Putinlə təkbətək görüşü olub.
Eləcə də bax: Prezident Vahid Ələkbərovla görüşdü - FOTO
FED.az xəbər verir ki, görüş haqda məlumat Kremlin rəsmi saytında dərc edilib.
Vahid Ələkbərov Vladimr Putinə 2019-cu ilin yekunları, neft-qaz şirkətinin cari fəaliyyətləri haqda məlumat verib.
V.Ələkbərov 2019-cu ili uğurlu başa vurduqlarını, istehsalatda və sosial layihələrin icrasında müvəfəqiyyət qazandıqlarını bildirib.
Rusiyanın dövlət başçısı Vahid Ələkbərova məxsus müəssisələrdə işçilərin nə qədər orta aylıq əmək haqqı aldıqları ilə maraqlanıb. "LUKOIL" in prezidenti söyləyib ki, onun rəhbərlik etdiyi şirkətdə orta aylıq əmək haqqı 65 min rubldur(1700 manat) dövlətə büdcəsinə isə ötən il 1 trilyon 300 milyard rubl vergi köçürülüb.
Tanınmış biznesmen Xəzər dənizində həyata keçirdikləri iqtisadi layihələrdən də danışıb: “Xəzərdə iqtisadi inkişafımızı davam etdiririk. Hazırda Baltik şelfini aktiv şəkildə araşdırmağa başlamışıq. Bütün “artıqlar”ı, yarımfabrikatları birləşdirib ixrac potensialına sahib olmaq hədəfi ilə yekun məhsul yaratmaq üçün mövcud müəssisələrimizdə qaz və neft-kimya sahəsinin inkişafına dair yeni proqram hazırlamışıq”.
Rusiya Prezidenti 2019-cu ildə Soçidə keçirilən sammitdə Afrika dövlətləri ilə əldə edilən razılaşmanın əhəmiyyətinə toxunaraq bildirib ki, hazırda Rusiya Qərbi Afrika ölkələri ilə olduqca sıx əlaqələr qurub və daha dörd Afrika ölkəsi birgə işləmək haqda təkliflə çıxış edib.
Vahid Ələkbərov bu fikirlə razılaşaraq əlavə edib ki, Konqo, Qana və Kamerundan onlara birgə iş qurmaq təklif olunur.
Tanınmış biznesmen Rusiya prezidentini Qərbi Sibirdə salınan yeni sənayə şəhərlərinə baş çəkməyə dəvət edərək, böyük şirkətlərin regional hakimiyyət orqanları ilə münasibətlərinin necə tənzimlədiyi ilə yerində tanış olmağı təklif edib. Vladimir Putin dəvəti qəbul edib.
Oxu