Azərbaycan ordusunun bölmələri torpaqlarımızın işğaldan azad olunması uğrunda
döyüşlərdə düşməni ağır məğlubiyyətə uğratmaqda davam edir.
Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda dövlətimizin
atdığı addımları dəstəkləyir və daim ordumuzun, xalqımızın yanındadır.
Veysəloğlu Şirkətlər Qrupundan FED.az-a vrilən məlumata görə
Şirkətlər Qrupuna daxil olan “AVT Nəqliyyat” şirkəti ordumuza dəstək təşəbbüsü
həyata keçirib. Belə ki, hazırkı dövrədək şirkət tərəfindən hərbi səfərbərlik
şəraitində istifadə edilməsi nəzərdə tutulan 11 nəqliyyat vasitəsi cəbhə bölgəsinə
yola salınıb.
Qeyd edilən nəqliyyat vasitələrinin səfərbərlik şərtlərinə uyğunluğu yoxlanılıb və
hərbi məqsəd üçün istifadəyə yararlı hesab edilib.
Hər zaman Azərbaycan dövlətinin, xalqının və ordusunun yanında olan Veysəloğlu
Şirkətlər Qrupu bu istiqamətdə lazım olan fəaliyyətləri davam etdirəcək.
Onu da əlavə edək ki, bundan öncə də Şirkətlər Qrupu Azərbaycan Silahlı
Qüvvələrinə müdafiə xarakterli obyektlərin möhkəmləndirilməsində dəstək
məqsədi ilə avtomobil şinləri göndərib.
Qrupa daxil olan şirkətlər tərəfindən ordumuza avtomobil şinləri ilə ilk dəstək
Tovuz döyüşlərindən dərhal sonra, iyul ayında verilib. Növbəti dəfə göndərilən
şinlər isə Daşkəsən və Şəmkir rayonlarında yerləşən hərbi hissələrdə qəbul edilib.
Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət (KSM)
layihələri çərçivəsində şəhid ailələrinə, Qarabağ qaziləri və müharibə
veteranlarına, dəstək xarakterli çoxsaylı layihələr həyata keçirir.