Digər

Venesuelada illik inflyasiya 815 000%-ə düşüb

Venesuelada illik inflyasiya 815 000%-ə düşüb | FED.az
11:40 11 İyun 2019

Bu ilin may ayında Venesualeda qiymətlər 31,3% artıb.

FED.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Assambleyasının (bir palatalı parlament) maliyyə komitəsinin üzvü Anxel Alvarado məlumat verib.

Onun sözlərinə görə, ilin əvvəlinə nisbətən Venesuelada qiymət artımı 905,6%, illik müqayisədə isə 815 000% təşkil edir.

Aprel ayı ilə müqayisədə ölkədə inflyasiya bir qədər səngiyib. Belə ki, apreldə qiymətlər mart ayına nisbətən 44,7%, ötən ilin aprel ayına nisbətən isə 1 300 000% artmışdı.

Venesuale son illər ciddi sosial-iqtisadi böhran keçirir. Bu ölkənin milli valyutası – bolivarın kəskin devalvasiyaya məruz qalması ilə nəticələnib. Beynəlxalq Valyuta Fondu bu ilin yekununda Venesuelada inflyasiyanın 10 000 000%-ə çata biləcəyini proqnozlaşdırır. 

Digər xəbərlər