Vaşinqtonda prezident seçkilərinin nəticələrinə etiraz edən Tramp tərəfdarları konqresin binasına daxil olmağa nail olublar. Həmmn vaxt burada seçkinin nəticələrinin təsdiqinə həsr olunan iclas keçirilirdi.
FED.az xəbər verir ki, artıq Vaşinqtonun meri Müriel Bauzer şəhərdə vəziyyətin gərginləşməsi ilə bağlı olaraq komendant saatı elan edib. Rolim isə etirazçıların qarşısını almaq üçün gözyaşardıcı qaz tətbiq edib.
Xatırladaq ki, bu gün Vaşinqtonun küçələrinə Trampın 10 minlərlə tərəfdarı çıxaraq prezident seçkilərinin nəticələrinə etirazını bildirib. Rəsmi elan edilən nəticələrə görə, noyabrın 3-də keçirilən seçkilərdə demokratların namizədi Cozef Bayden qalib gəlib. Seçki məmurlarının 306-ı ona, 232-si isə Trampa səs verib. Amma indiki prezident Donald Tramp seçkinin nəticələrini tanımır və məğlubiyyətini qəbul etmir. Yeni seçilmiş prezidentin andiçmə mərasimi ənənəvi olaraq yanvarın 20-ə təyin edilib.
Bu gün baş verən etirazlarla bağlı Donald Tramp açıqlama verərək əhalini polisi dəstəkləməyə və asayişi pozmamağa çağırıb.
Bundaen əvvəl isə Tramp öz vitse-prezidenti Maykl Pensi seçkinin nəticələrini təsdiqləməməyə və Co Baydenin qələbəsinə imkan verməməyə çağırıb. «Cəsarətli olmaq vaxtıdır Maykl, qanunsuz səsləri geriyə göndərmək lazımdır»- deyə Tramp Tvitterdə yazıb.
Xatırladaq ki, Konqresin seçkinin nəticələrinə həsr olunan iclasına məhz Pens sədrlik edəcək, amma o elan edib ki, səsvermənin nəticələrinə müdaxilə etmək niyyətində deyil.